Slimfit
  1. BİOQRAFİYA

Aşıq Heydər

Aşıq Heydər
Sakura

Məmmədov Heydər Kərim oğlu - Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı

Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır.

Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur.

Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur.

Aşıq Heydər 1949-cu ilin mart ayının 19–u nəvəsi Yusif Rəhim oğlu Heydərova "Axtarın məni" qoşmasını deyərək, Düzkənd kəndində vəfat etmişdir.

Kitabları

  1. "Bu yan Ağbabadı, o yan Çıldır, Qars", Bakı: "Nurlan", 2007. 161 səh.
  2. "Aşıq Hedər-140".Bakı: 2007, 381 səh.
  3. "Gümrü Qızı" dastanı. Bakı: 2010, 285 səh.
  4. "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli və Əbülfət Heydər)

 

Gəraylılar

 

Qoşmalar

 

Ustadnamə

 

Təcnis

 

Divanilər

 

Qıfılbənd

 

Bənzətmə

 

Deyişmələr

 

Dastan

 

Rəvayətlər

  • Telli Qarı
  • Aşıq Heydərin Axırkələk səfəri
  • Yetim Ləvənd ilə Aşıq Heydərin qarşılaşması
  • Hacı Abbasoğlu Mahmud ağa ilə Aşıq Heydərin Xosbiya səfəri
  • Aşıq Heydərin pəhlavan Heydərlə görüşməsi
  • Ağbabanın göz yaşları
  • Aşıq Heydərlə Aşıq Məhəmməd
  • Aşıq Heydərlə bağlı xatirələr
  • Aşıq Heydərin Müqəddəs Məkkə ziyarəti
  • Qərib ağanın Hacı Abbasoğlu Kərbəlayı Məhəmməd ağa və Məşədi Rəcəblə bağlı xatirələri
  • Xəsis ağa ilə Aşıq Heydərin qarşılaşması
  • Aşıq Heydərin məhkəməsi
  • Oruc kişinin əhvalatı
  • Quluynan Aşıq Heydərin at məsələsi
  • Arpa məsələsi
  • İnək oğrusu
  • Qaçaq Usubun oğlu Hacıvəlinin Qars məhkəməsi
  • Aşıq Heydərin Hacı Abbasoğlu Kərbəlayı Məhəmməd ağa haqqında xatirələri
  • Aşıq Heydərin Kəlbəlayı Xəbər oğlu Rustam ağa haqqında xatirələri
  • Ağbaba və Şörəgəlin tarixi şəxsiyyətləri - General Məhəmmədəli
  • Xaraba Ağbabanın abadlaşdırılması (1859-cu il)
  • Aşıq Heydərin Məşədi Rəcəblə son görüşü

 

Haqqında yazılanlar

  • Baş götürüb kişi getməz vətəndən — Müəllif:Mahmud Kərbəlayı Hacı Abbas oğlu
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR