Dərc edildi: Baxış sayı: 522
Aşıq Həsənalı - Gələrsən
Əgər ki, arasan mənim yerimi,
Sevər olsan, bu mahala gələrsən.
Mənim dediyimi atan bilməsin,
Başım düşərqilü-qala, gələrsən.
Hələ yaşayıram, bu cahandayam,
Bəy, ağa gözündən çox pünhandayam,
Dulusdan gəlmişəm, Naxçıvandayam,
Məni sevsən, bu mahala gələrsən.
Adım Həsənalı, özüm sərsəri,
Bu qısa məktubla verdim xəbəri,
Keçərsən gələrsən Uruddan bəri,
Ağdabandan aşıb dala, gələrsən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət