Dərc edildi: Baxış sayı: 768
Aşıq Fətulla - Zülflərin
Bir ala gözlüyə nəzər eylədim,
Darayıb tökübdü yana zülflərin.
Halqa-halqa, dəstə-dəstə, çinbəçin,
Yaxşı düzüb dal gərdana zülflərin.
Gecə-gündüz gözüm gəzdi, aradı,
Ah çəkməkdən bağrım başı yaradı,
Gecəm sitəmlidi, günüm qaradı,
Döndərib könlümü qana zülflərin.
Fətulla hər cövrü cəfaya dözər,
Nazı-qəmzələrin bağrımı üzər.
Bəxtəvər başına, sinəndə gəzər,
Arayar, axtarar şana zülflərin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət