Dərc edildi: Baxış sayı: 822
Aşıq Fətulla - İstər könlüm
Baharın xoş fəsli güllər açanda,
Nərgiz, bənövşəli yaz istər könlüm.
Tovuz tamaşalı, tərlan duruşlu
Qəmzəsi can alan qız istər könlüm.
Dindirsən can deyə, cana can düzə,
Hər vaxt aşiqinin cəbrinə dözə.
Yanaqlar piyalə, dodaqlar məzə,
Onda işvə, qəmzə, naz istər könlüm.
Könlüm bir pay dilər sinəndə nardan,
Camalın örtərdi yaylaqda qardan.
Bil ki, əl çəkmərəm vəfalı yardan,
Yarınan qolboyuıı gəz, istər könlüm.
Sevdiyicim, büılinmüsən ala sən,
Bu sınıq könlümü alsan ələ sən.
Götürüb qələmi alsan ələ sən,
Mən deyim, dərdimi yaz, istər könlüm.
Fətulla mayıldı cığalı telə,
O qaymaq dodağa, o şirin dilə.
Xoş yeriyə, xoş danışa, xoş gülə,
Bu nişanlar onda düz istər könlüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət