Dərc edildi: Baxış sayı: 853
Aşıq Fətulla - Dodaq-dodağa
Bahar fəsli, gül mövsümü gələndə
Ötüşər bülbüllər, qonar budağa,
iki həsrət bir-birini qucanda
Qoyarlar ləb-ləbə, dodaq-dodağa.
Pünhan-pünhan danışarlar, güləli ər,
Şümşad bilək, şana barmaq, gül əllər.
Qaydadı, gözəldən dilək diləllər,
Aşıqlar dilinə olmaz qadağa.
Fətulla eşqindən şirin güləndə,
Hərdən yar yanına pünhan gələndə,
İşarətlə dərdi-dilin biləndə
Canım olsun belə dosta sadağa.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət