Dərc edildi: Baxış sayı: 875
Aşıq Fətulla - Daşdaşa
Aşığın sinəsi ləldi, gövhərdi,
Yendirsən sındırar ləli daş daşa.
Aşıq hiddətiynən girsə gərdişə,
Layıq deyil qeyrisiynən daşdaşa.
Əsil aşıq özün oda yandırsa,
Həqiqəti anlayana qandırsa,
Aşıq səni qeyri halda dindirsə,
Layiqdi sal oda, yandır ataşa.
Fətulla da özün saldı dərinə,
Can qurban eylədi dostun sərinə.
El borcunu yaxşı yetir yerinə,
Əyləşənlər desin əhsən, yüz yaşa.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət