Dərc edildi: Baxış sayı: 468
Aşıq Əli Xanxanımoğlu - Xoş gəldin
Səni ağlar gördüm, dərdim çoxaldı,
Qədəm basıb sən bu yana xoş gəldin.
Ağlama, amandı yarılır bağrım,
Loğmansan, təbibsən, cana xoş gəldin.
Müştağam əzəldən ala gözünə,
Şəhdi-şəkərinə, şirin sözünə,
Naz-qəmzə qıl, günəş doğsun üzünə,
Gözüm baxsın zənəxdana, xoş gəldin.
Mən səni görəndə dərdim azaldı,
Taqətə gəlibən qəddim düzəldi,
Boyun tamaşadı, zülfün gözəldi,
Əli qurban qədəminə, xoş gəldin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət