Dərc edildi: Baxış sayı: 326
Aşıq Əli Xanxanımoğlu - Nə sinə bağlar
Məxmər çuxa geyib, qolları nazik,
Dəstinə yaraşır gümüş bilərzik,
Veriblər xoryada, olubdu yazıq,
Nə üzün daldalar, nə sinə bağlar.
Məxmər çuxa geyib, ucu dizindən,
Doymaq olmur bunun ala gözündən.
Bir gözəl törəyib urum qızından,
Nə üzün daldalar, nə sinə bağlar.
Allahım veribdi, bu da bir paydır,
Ördəyin məskəni çəməndi, çaydı,
Asmlı Əlini çarvadar saydı,
Nə üzün daldalar, nə sinə bağlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət