Dərc edildi: Baxış sayı: 475
Aşıq Əli Şairov - Var
Qış dolandı, budur gəldi bahar, yaz,
Açılan güllərin gəlhagəli var.
Çiçəklər çağırır biri-birini,
Ötüşən bülbülün dilhadili var.
Göyərər örüşlər, olar göy çəmən,
Üstündə sehr edər qaşları kaman.
Sallanıb gələndə dağlardan duman,
Tökülən leysanın selhaseli var.
Əli deyər, bu sözləri dağlara,
İncə bellər gələr buz bulaqlara.
Bağçalar bar verər sağı-sollara,
Al yaşıl bağların gülhagülü var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət