Dərc edildi: Baxış sayı: 587
Aşıq Əli Şairov - Keyti dağı
Göyçə mahalından səfər eylədim,
Göründü gözümə mil, Keyti dağı!
Dastanı dilimdə əzbər söylədim,
Açılıb köksümdə gül, Keyti dağı!
Zimistanda qərq olursan dumana,
Baharda dönürsən sultana, xana.
Növrəs növcavanlar göz tikir sana,
Çoxdur pişvazında qul, Keyti dağı!
Əli gəzir qürbət eldə hər yanı,
Açılmaz sərindən çiskin, dumanı.
Çağırram sidq ilə Şahı Mərdanı,
Görünsün gözümə yol, Keyti dağı!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət