Dərc edildi: Baxış sayı: 518
Aşıq Əli Şairov - Gördüm
Qərib vilayətdə səhər çağında,
Bağçada açılmış təzə gül gördüm.
Lalə, nərgiz düzüb al buxağına,
Qüdrətdən qurşanmış incə bel gördüm.
Guşində göründü qızıl mənası,
Dağlar maralıdı, göllər sonası.
Güləndə sinəmə düşdü qadası,
Zəbanı söhbətli, şirin dil gördüm.
Əliyə xoş gəldi şirin küfdarı,
Qoynunda göründü bircə cüt narı.
Eyvandan boylanıb qayıtdı geri,
Gərdana tökülmüş siya tel gördüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət