Dərc edildi: Baxış sayı: 507
Aşıq Əli Şairov - Gedirəm
Çərxi-fələk tərsə çaldı qələmi,
Olubdu sinəmdə yara gedirəm.
Əyyub tək olmuşam dərdə giriftar,
Yön çevirib bir diyara gedirəm.
Hayana hərləndim düşdüm mən tora,
Çəkilib sinəmə çal-çarpaz yara.
Bir ərizə yazaram Əli Mərdana,
Eyləsin dərdimə çara gedirəm.
Keçir bu dünyada ah-vaynan anım,
Açılmaz sərimdən çiskin, dumanım.
Əliyəm, atəşə qalanır canım,
İşim dönüb ahu-zara gedirəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət