Dərc edildi: Baxış sayı: 522
Aşıq Əli Şairov - Ay qız
Nazınla öldürmə bizi,
Rəhm eylə gəl bizə, ay qız.
Şəninə tərif deyərəm,
Müştaq olsan saza, ay qız.
Əndama geyib qırmızı,
Aşığı öldürüb nazı.
Bülbül kimi vur avazı,
Yön çevir sən yaza, ay qız.
Mailəm siyah tellərə,
Tərifin düşüb dillərə.
Sona kimi cum göllərə,
Bənzə quba qaza, ay qız.
Guşunda var qızıl tənə,
Rübənd açıq, bəyaz sinə.
Əli qaldı yana-yana,
Bir dərdimi yaza, ay qız.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət