Slimfit
  1. BİOQRAFİYA

Aşıq Əli Şairov

Aşıq Əli Şairov
Sakura

Şairov Əli Şamil oğlu - Azərbaycanlı şair, aşıq

Aşıq Əli Şairov (Şairov Əli Şamil oğlu; d. 1913, Göyçə mahalı, Daşkənd kəndi – ö. 1943) — Azərbaycanlı şair, aşıq.

Aşıq Əli Şairov 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Şair Məmmədhüseynin nəticəsidir.

1941-ci ildə Böyük Vətən müharibəsinə Daşkənddən səfərbər olunan 206 nəfərdən biri də Əli Şairov olmuşdur. Böyük Vətən müharibəsində 124 nəfər həmkəndlisi kimi o da qəhrəmancasına həlak olmuşdur. Onun sonuncu məktubu Port-Artur şəhərindən gəlmişdir.

Əli Şairovun şeirlərindən məlum olur ki, o çox gözəl təbə malik, demək olar ki, haqq vergili şair və aşıq olmuşdur. Onun şəxsi sazı və əlyazmaları bu günə qədər qohumları tərəfindən saxlanılmaqdadır.

Aşıq Əli Şairovun yaradıcılığında klassik aşıq üslubunda deyişmə və dərdləşmələrinə də rast gəlinir. Bunlardan öz əmisi oğlu Aşıq Abbasəli Xəlilovla deyişməsini misal göstərmək olar. Müxtəlif janrlarda və dini mövzularda olan şeirlərindən o da məlum olur ki, Aşıq Əli Şairov dini dərindən mənimsəmişdir.

Barəsində yazılanlar

  • Xasay Zeynalovun 2001-ci ildə yazdığı "Göyçə mahalının tarixindən yarpaqlar" adlı əlyazmasında Aşıq Əli Şairovun 13 şeiri və 1 deyişməsi verilmişdir (səh.104-114).
  • Məhəmməd Ələkbərlinin 2006-cı ildə "Nurlan" nəşriyyatında çap etdirdiyi "Durna qatarı-II" ədəbi toplusunda Aşıq Əli Şairovun 5 şeiri çap olunmuşdur (səh.122-125).

 

Divaniləri

 

Gəraylıları

 

Qoşmaları

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR