Dərc edildi: Baxış sayı: 577
Aşıq Ələsgər -Yavaş get
Bəzənib, qurşanıb sеyrə çıxan yar,
Ala gözlü Səhnəbanım, yavaş gеt!
Bir qıya baxanda, еvlər yıxan yar,
Cəllad olub tökmə qanım, yavaş gеt!
Mən sana aşiqəm, sən mana xata,
Dəhanın bənzəyir qəndə, nabata.
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət-i rizvanım, yavaş gеt!
Ələsgərəm, oldum dəli, divana,
At müjganın, sinəm durub nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş gеt!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət