Dərc edildi: Baxış sayı: 1620
Aşıq Ələsgər - Üzün məndən niyə döndü
Gəl, ey mehri-məhəbbətim,
Üzün məndən niyə döndü?
Ağzı şəkər, ləbi qəndlim,
Üzün məndən niyə döndü?
Ayrılıqdan ölüm yeydi,
Həsrətin qəddimi əydi.
Nə dedim, xətrinə dəydi,
Üzün məndən niyə döndü?
Aşığa yoxdu qadağa,
Müştaqdı dilə, dodağa.
Ələsgər sana sadağa,
Üzün məndən niyə döndü?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət