Dərc edildi: Baxış sayı: 577
Aşıq Ələsgər - Sənsən
Yüz iyirmi dörd min nəbi gəlibdi,
Cəmi ənbiyanın ədədi sənsən.
Sidqilə hər kim ki çağırsa səni,
Zahirdə, batində mədədi sənsən.
Haqq vеrməsə, qonşu payı pay olmaz,
Doğru yola əmək çəksən, zay olmaz.
Bəndədən bəndəyə bir haray olmaz,
Darda qalanların səmədi sənsən.
Ələsgər çağırır Əliyyül-əla,
Qеyzə gəldi, zərbə vurdu Salsala.
Zərbindən titrədi Xеybər tək qala,
Münkirin dünyada cəlladı sənsən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət