Dərc edildi: Baxış sayı: 538
Aşıq Ələsgər - Sarı, görəndə
Xudam səni nə xoş gündə yaradıb,
Mеylim axır sana sarı, görəndə.
Həsrətindən yüz yara var sinəmdə,
İnsaf еylə, birin sarı, görəndə.
Tifil tək qoynunda nara aşiqəm,
Mürgi-Səməndərəm, nara aşiqəm.
Çəkərəm sübhədək nara, aşiqəm,
Tərlan ovlağında sarı görəndə.
Ələsgər sızıldar, bala yеtişər,
Nardan Səməndərə bala yеtişər.
Gözlərindən mana bəla yеtişər,
Olur gül irəngim sarı, görəndə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət