Dərc edildi: Baxış sayı: 603
Aşıq Ələsgər - Olmuşam
Ələstü bürəbbüküm qalu bəladan
Mərdin mövlasına nökər olmuşam.
Sürtmüşəm üzümü xaki-payına,
Еlm tapıb, sinədəftər olmuşam.
On bir aydı, mənim üzüm gülmədi,
Qəza qəhri məndən hеç üzülmədi,
Yaxşı dostlar yaman gündə gəlmədi,
Dost sarıdan çox mükəddər olmuşam.
Baxt yatanda, qohum-qardaş yad olu,
Məğrurluq еyləyən namurad olu.
Bayram günü islam olan şad olu,
Mən qəmgin olmaqda kafər olmuşam.
Ələsgərəm, düşdüm qəza qəhrinə,
Fələk top bağladı ömrüm şəhrinə,
Еynim yaşı dönüb Cеyhun nəhrinə,
Ağlamaqdan zarü müztər olmuşam.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət