Dərc edildi: Baxış sayı: 910
Aşıq Ələsgər - Öldürəcək bu qəm məni
Ala gözlü, telli ceyran,
Öldürəcək bu qəm məni.
Həsrətindən oldum xəstə,
Öldürəcək bu qəm məni.
Təbibimsən, yetiş dada,
Pərvanəyəm, yandım oda.
Sən atlısan, mən piyada,
Öldürəcək bu qəm məni.
Ələsgərdi mənim adım,
Aləmi yandırır odum,
Heç yerdən yoxdu imdadım,
Öldürəcək bu qəm məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət