Dərc edildi: Baxış sayı: 658
Aşıq Ələsgər - Nişanası
Ay ariflər, gəlin sizə söyləyim,
Kəsilib üstümdən yar nişanası.
Dost uzaq olmaqla könül yad olmaz,
Ölüncə qəlbimdə var nişanası.
Nütfədən pak olan özü pak olar,
Mömindən törəyən xoşidrak olar.
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.
Ələsgərəm, qərq olmuşam bu qəmə,
Hədyan sözlər dağ çəkibdi sinəmə.
Nakəs, müxənnətdən mətləb diləmə,
Yoxdu namus, qеyrət, ar nişanası.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət