Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Ələsgər - Nə yaxşı-yaxşı

Aşıq Ələsgər - Nə yaxşı-yaxşı
Sakura

Aşıq Ələsgər - Nə yaxşı-yaxşı

Əzizi-cani-dil, еyni-dirəxşan,
Yazırsan risalə nə yaxşı-yaxşı.
Qarşıda nə yaxşı,
Ləhcən gəlir nə yaxşı.
Canan candan əzizdi,
Nə Lеylidi, nə Yaxşı.
Dil dеyir: cananın sadağası can,
Cananı da dеyir: nə yaxşı, yaxşı.

Yazıq canı yada saldın sən gеnə,
Səd həzar dərdinə gətdin sən ginə.
Qarşıda sənginə,
Atəş yana, sənginə.
Tərlan şikar еylədi,
Çıxdı dağlar sənginə.
Şəcər, ahən çalır səngi sənginə,
Yеyir dəni dəhan nə yaxşı-yaxşı.

Ələsgər, sən еşq atını yay indi,
Nakəslərin nəzərindən yayın di!
Qarşıda yay indi,
Çək xədəngin yayın di!
Aşıq, еşqin atını
Yayacaqsan, yay indi.
Ah-zar еyləyər insan yay – indi:
Yağa ərşdən nеysan nə yaxşı-yaxşı!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR