Dərc edildi: Baxış sayı: 628
Aşıq Ələsgər - Mənim (qoşma)
Bilmirəm ki, nə bəlalı qul oldum,
Əzəl qara gəldi iqbalım mənim.
Nə zaman ki, nəzərimə sataşır,
İtir ağlım, huşum, kamalım mənim.
Əsli-Kərəm kimi mən oda yandım,
Еşqə düşdüm, öz canımdan usandım,
Bimürvətin atəşinə qalandım,
Bir soruşan yoxdu əhvalım mənim.
Siyah zülfün dal gərdəndə hörəsən,
Əl uzadıb, qönçə gülün dərəsən.
İstəsən ki, Ələsgəri görəsən,
Göyçə mahalıdı mahalım mənim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət