Dərc edildi: Baxış sayı: 692
Aşıq Ələsgər - Mən
Gözəl, sana məlum olsun,
Həsrətindən yanıram mən.
Ala gözlər süzüləndə,
Canımdan usanıram mən.
Hansı dağın maralısan?
Hayıf, bizdən aralısan!
Sən də yardan yaralısan,
Dürüşündan qanıram mən.
Mənim adım Ələsgərdi,
Dərdim dillərdə dəftərdi.
Xalların dürrü gövhərdi,
Sərrafıyam, tanıram mən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət