Dərc edildi: Baxış sayı: 857
Aşıq Ələsgər - Kəklik
Həsrətini çəkə-çəkə
Dərdim yetdi yüzə, Kəklik!
Qız, sən Allahı sevərsən,
Rübənd tutma üzə, Kəklik!
Dostdan dosta bu nə fənddi,
Zülfün boynuma kəmənddi.
Düşün dürdü, dilin qənddi,
Dodaqların məzə, Kəklik!
Geydiyin yaşıl, əlvandı,
Eylədiyin nahaq qandı.
Ələsgər sana qurbandı,
Sən gələndə bizə, Kəklik!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət