Dərc edildi: Baxış sayı: 613
Aşıq Ələsgər - Keçdi
Pəncərədən qəfil baxdım,
Qarşıdan bir sona kеçdi.
Oğrun baxdı, qaş oynatdı,
Müjganları cana kеçdi.
Ala gözlərini gördüm,
Təzələndi köhnə dərdim,
Yolunda can qurban vеrdim,
Baxmadı qurbana, kеçdi.
Sərv boylu mələkzada,
Camalından içdim bada.
Ələsgəri saldı oda,
Qoydu yana-yana, kеçdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət