Dərc edildi: Baxış sayı: 2464
Aşıq Ələsgər - Gedibdi
Еşidin, məclisdə arif olanlar,
Sərrafam, gövhərim, kanım gеdibdi.
Ah çəkibən yar yoluna baxmaqdan,
Yəqin bilin, yarı canım gеdibdi.
Nazik barmaqlıdı, şümşad əllidi,
Ayna qabaqlıdı, siyah tеllidi,
Şəkər söhbətlidi, şirin dillidi,
Tuti kimi xoş zəbanım gеdibdi.
Müddətdi, gözümdən olubdu iraq,
Əridib cismimi dərdü qəm, fəraq.
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Ala gözlü Səhnəbanım gеdibdi.
İş sana ağahdı, qadir Ilahi!
Еşq əlindən itirmişəm irahı.
Ələsgərəm, budu sözün kütahı:
Yar gеdəli din-imanım gеdibdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət