Dərc edildi: Baxış sayı: 705
Aşıq Ələsgər - Əvəzdi
Gözəllər sultanı, ay Səlbi xanım,
Sallanışın bir mahala əvəzdi.
Gözlərinə qiymət qoya bilmirəm,
Qaşın min tümənlik mala əvəzdi.
Sürahi gərdənli, qəddi mötədil,
Səni gül yaradıb Cabbari-Cəlil.
Ləblərin şirəsi Abi-Səlsəbil,
Ləzzəti dünyada bala əvəzdi.
Ələsgərin ağlın aldın sərindən,
Saf gövhərsən, sərraf sеçib dərindən.
Sən bir gülsən gülüstanın tərindən,
Dеmək olmaz sana lala əvəzdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət