Dərc edildi: Baxış sayı: 1064
Aşıq Ələsgər - Düşmüşəm
Hərcayının, dilbilməzin ucundan
Dönə-dönə nə ziyana düşmüşəm.
Doymaq olmaz gözəllərin boyundan,
Pərvanə tək yana-yana düşmüşəm.
Dövlətim çox oldu, qıymadım pula,
Kor oldu gözlərim, yapışdım dula.
Nə ölür, nə itir, canım qurtula,
Məcnun kimi biyabana düşmüşəm.
Ələsgərəm, incimişəm yarımdan,
Aləm yatmaz mənim ahü zarımdan.
Boşasam, qorxuram oğlanlarımdan,
Boşaya bilmirəm, qana düşmüşəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət