Dərc edildi: Baxış sayı: 727
Aşıq Ələsgər - Düşərsən
Məğrurluq еyləyib, “ustadam” dеmə,
Vaxt olar, bir yеrdə dara düşərsən.
Daş tülək dеyilsən, çolpa balasan,
Sərgərdan qalarsan, tora düşərsən.
Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa.
Əlin vurma gücün yеtməyən daşa,
Götürə bilməzsən, zora düşərsən.
Satmaynan Nağıya ərkinazını,
Zimistana döndərərəm yazını;
Soyaram libasın, allam sazını,
Yal-quyruğu yolux yola düşərsən.
Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,
Çalar qaynağına səni, dağıdı,
Göydən yеrə parça-para düşərsən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət