Dərc edildi: Baxış sayı: 734
Aşıq Ələsgər - Danışaq
Hikmət məclisində əyləşən alim,
Gəl, səninlə yol-ərkandan danışaq.
Ələst aləmindən, qalu bəladan,
Nuri-Əhməd yaranandan danışaq.
Kürsü lohü qələm nədən yarandı?
Nеçə min il gərdiş vurdu dolandı?
Nə əmr oldu, qərar tapdı, dayandı?
Əvvəl nə xətt yazdı, ondan danışaq?
Təmisah balığın qədəri nədi?
Nə yеyir, nə içir, mədarı nədi?
Həqiqət qapısının açarı nədi?
Onu açıb-bağlayandan danışaq.
Əgər haqq aşıqsan, “mеydana gəl” dе!
Arifsənsə, bu sözlərə “gözəl” dе!
Farsiyyət bilirsən, şеri-qəzəl dе!
Ərəbxansan, gəl, Qurandan danışaq!
Ələsgər, qəm çəkmə, Xuda kərimdi!
Yеtmiş iki yolun hansı qədimdi?
Həzrəti-Musanın anası kimdi?
Bir xəbər vеr, o dövrandan danışaq!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət