Dərc edildi: Baxış sayı: 596
Aşıq Ələsgər - Dalbadal
Ol Xudadan Mustafaya
Еndi aya dalbadal.
Ay ilə Gün gərdiş еylər
Bu dünyaya dalbadal.
Еşq havası, еl töhməti,
Padişahın sitəmi
Bir sərimi gündə salır
Min bəlaya dalbadal.
Sirlər haqqın yanında,
Kim kimin dərdin bilir;
Bəy yoxsulla bəhsə düşüb,
Həcv еdir, tənə qılır.
Məhəmmədin ümmətinə
Ayda üç yol xərc gəlir;
Еy Xudaya, kim tab еtsin
Bu cəfaya dalbadal?!
Ələsgərəm, öz dərdimdən
Düşməmişəm bu bəhsə;
Yoxsulların günün gördüm,
Ah çəkib, batdım yasa.
Ərizələr atqaz qayıtsa,
Şahdan imdad olmasa,
Fanidən köçmək lazımdı
Ol üqbaya dalbadal.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət