Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Ələsgər - Dağlar (Bir ay yarım nobahardan keçəndə)

Aşıq Ələsgər - Dağlar (Bir ay yarım nobahardan keçəndə)
Sakura

Aşıq Ələsgər - Dağlar (Bir ay yarım nobahardan keçəndə)

Bir ay yarım nobahardan keçəndə
Car olur köysündən sellərin, dağlar!
Çalxanır sonalar, çığrışır qazlar,
Zəmzəm zümzümoli göllərin, dağlar!

Hanı mən gördüyüm qurğu-büsatlar!?
Dərdməndlər görsə, tez bağrı çatlar;
Mələşmir sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar!?

Hanı bu yaylaqda yaylayan ellər!?
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köysündə türfə gözəllər,
Sancılmır buxağa gullərin, dağlar!

Hanı mərd iyidlər, boş qalıb yurdu!?'
Səxavətdə Eldar nurə'lanurdu.
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların dağlar!

Gözəllər çeşməndən götürmür abı,
Dad verə dahanda Kövsər şərabı.
Xaçpərəstlə düşdü bund inqilabı,
Onunçün bağlandı yolların, dağlar!

Sarınərdən top-tüfəngin atılı,
Qısır Murğuz şah dağına çatılı.
Bir əmliyin bir tümənə satılı,
Xəzəl olu yenə pülların, dağlar!

Kəpəz, Murov, Musa- gör neçə dağ var…
Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın orta ayında yağdırırsan qar,
Səf çəkib üstündə salların, dağlar!

Elə ki, şər gəldi, qaraltdı qaşı,
Dumana qərq olur dağların başı.
Düşəndə gürg ilə kəlbin savaşı,
Uzaq çəkir qilü-qalların, dağlar!

Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nə'rəsindən, güllə səsindən
Dəyməmiş tögülür kalların, dağlar!

Həsənnənə, Həsənbaba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR