Dərc edildi: Baxış sayı: 7031
Aşıq Ələsgər - Çərşənbə günündə, çeşmə başında
Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Nazu qəmzələri qanıma düşdü.
İşarət eylədim dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi,
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm hər elmdən halıyam,
Gözəl, sən dərdlisən, mən yaralıyam,
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox