Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Ələsgər - “Bəli”, - deyib yol-ərkana gəlmişəm

Aşıq Ələsgər - “Bəli”, - deyib yol-ərkana gəlmişəm
Sakura

Aşıq Ələsgər - “Bəli”, - deyib yol-ərkana gəlmişəm

“Bəli”, - deyib yol-ərkana gəlmişəm,
Nəqş olub sinəmdə eşqin kitabı.
Çeşmi-nübüvvətə aşiq olmuşam,
Bir suala verrəm yüz min cavabı.

Gövhər sözüm məclislərdə yayılı,
Arif ondan mətləb qanıb ayılı.
İbadət eyləyən mömin sayılı,
Səxavətin ondan çoxdu savabı.

Haqdı sözüm, yetirəsən isbata,
Yemə riba, meyl eləmə qiybata.
Şəriətdə haramdı zina-ləffata,
Ondan bəd yazırlar xəmri-şərabı.

Xaliqindən utan, məndən utanma,
Şəcərətil-mövti heç səhl sanma.
Miyata qail ol, qafil dolanma,
Haqdı mizan, Sirat, qəbir əzabı.

Əgər zərrə qalsa xümsün, zəkatın,
Hərgiz qəbul olmaz sovmü səlatın.
Haqq yanında möhr olunmaz baratın,
Salarlar boynuna odda tənabı.

Dəyəndə yarpağa, səslənər guşun,
Fəhm eylə, cəm olsa idrakü huşun.
Sürüldü karvanın, köçdü tay-tuşun,
Fərmani-qüdrətin budu xitabı.

Aldanma dünyanın bu fənasına,
Gül olmaz gövhərli xəzanasına.
Özün yetir şahın astanasına,
Dərdlərə dərmandı, dərin turabı.

Yazıq Ələsgərəm, zarü binəva,
Elə iş tut, olsun dərdinə dava.
Aldanıbsan nəfsə, tapıbsan hava,
Dərk eləyib qanmayıbsan hesabı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR