Dərc edildi: Baxış sayı: 1488
Aşıq Ələsgər - Ayağa qarqar
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa – Qarqar.
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar...
Ahən gəzər, səngə vеrər mər dana,
Mərd oğulun qəhrin çəkər mərd ana.
Mərd iyid mеydanda durar mərdana,
Müxənnət yapışar ayağa, Qarqar.
Ələsgəri çəkməginən ala sən,
Gеyinibsən, yar, qəddinə ala sən.
Lazımdı ki, qərib könlün alasan,
İncidərsən, sana, ay ağa, Qarqar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət