Dərc edildi: Baxış sayı: 550
Aşıq Əhməd - Varmola
Dəryayi-ümmanda qərq oldu gəmim,
Aşnadani adını anan varmola?
Soldu gülüstanım, yoxdu həmdəmim,
Yarəb, bu sevdanı qanan varmola?
Mənim rəhimimdi Xudayi-əzim,
Eyyub kimi dərdə düşmüşəm özüm,
Məclis yiğılıban düşəndə sözüm,
Əl dizinə vurub yanan varmola?
Mən Əhmədəm sığınmışam Mövlaya
Tifil ikən fələk saldı sevdaya,
Bu dünyada yetirmədi üqbaya,
Mənim kimi bəxti dönən varmola?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət