Dərc edildi: Baxış sayı: 499
Aşıq Cəfərqulu - Yolçu mənəm, yolçu mən
Torçu mənəm, torçu mən,
Axar sular məskənim.
Qismət verən xudadı,
Torba mənim, tor mənim.
Ovçu mənəm, ovçu mən,
Uca dağlar oylağım.
Qışda ovlaq yerlərim,
Yayda isə yaylağım.
Yolçu mənəm, yolçu mən
Hər addımım bir naxış,
İrəlidə görünməz,
Min eniş var, min yoxuş.
Gopçu mənəm, gopçu mən,
Şişitmədi çox sözüm.
Görəcəksən bir zaman,
Yalan oldum mən özüm.
Toyçu mənəm, toyçu mən,
Söz ilə sinəm dolu.
Eldə toylar başlayıb,
Oxu, ay Cəfərqulu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət