Dərc edildi: Baxış sayı: 472
Aşıq Cəfərqulu - Gülsüm
Adımı ucaldıb sən dağ eylədin,
Ay mənim evimin xanımı Gülsüm.
Qazandığım çörək halaldı sənə,
Artır şöhrətimi, şanımı, Gülsüm.
Giley-güzar görməmişəm dilində,
Sən sonasan, üz eşqimin gölündə.
Gözümü qırpmadan sənin yolunda,
Fəda eləyərəm canımı, Gülsüm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət