Dərc edildi: Baxış sayı: 518
Aşıq Camal - Qırmızı
Yenə məni dərdə saldı bu gözəl,
Yaşıl çarşab, corabları qırmızı.
Onu gördüm, fikrim uçdu başımdan,
Qaşı qələm, yanaqları qırmızı.
Mən ki gördüm şahlar mehribanını,
Tamam alır görənlərin canını.
Dərdli idi, kəsdirmişdim yanını,
Diş mirvari, dodaqları qırmızı.
Ərz eyləyim, sən dərdimi biləsən,
Mən fəqirlə danışasan, güləsən.
Ağlayıram, göz yaşımı siləsən,
Mənə çəkdin bu dağları qırmızı.
Könlüm evi uçdu, dözə bilmərəm,
Dərdimi Fatmaya yaza bilmərəm.
İsayam, bu dərdə dözə bilmərəm,
Könlüm istər barmaqları qırmızı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət