Dərc edildi: Baxış sayı: 560
Aşıq Camal - Qalmışam
Fələk məni saldı qəm dəryasına,
Qəmər atlı yüzə-yüzə qalmışam.
Gecələr sübhə tək əfqan eylərəm,
Göz yaşımı süzə-süzə qalmışam.
Gəzirəm elləri dili salamlı,
Mənə irast düşməz bir xoşkəlamlı.
Sinəsi dəftərli, dəsti qələmli,
Dərd tükənməz, yaza-yaza qalmışam.
Aşıq Camal deyər xan diyə-diyə,
Vücudum saraldı dərd yiyə-yiyə.
Məcnun təki «a Leyli» diyə-diyə
Bu dağları gəzə-gəzə qalmışam.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət