Dərc edildi: Baxış sayı: 606
Aşıq Camal - Gülxanım
Dünən bir gözəl görmüşəm,
Adı Gülxanım, Gülxanım.
Təzədən dərdə düşmüşəm,
Dərdi bil, xanım, bil, xanım.
Gedib ollam ona nökər,
Nökər olan cəfa çəkər.
Dişi inci, dili şəkər,
Dodaq bal xanım, bal xanım.
Aşıq Camal neylər nazı,
Əlinə götürməz sazı.
Allahım yazaydı yazı,
Mənim ol, xanım, ol, xanım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət