Dərc edildi: Baxış sayı: 561
Aşıq Camal - Gəlmədi
Gecə-gündüz yollarına baxaram,
Hanı mənim barabarım, gəlmədi.
Məni saldı beylə müşkül hallara
Bietibar biilqarım gəlmədi.
Genə dərdim ziyad oldu bu gündən
Yaramın həsrəti heç çıxmaz candan
Nə səbəbdir, yüzün döndərdi məndən?
Bu insafsız biqərarım gəlmədi.
Şahbazın qəmzəsi mənə yağıdır,
Bundan ayrı bal da yesəm, ağudur.
Aşıq Camal, ağlamağın çağıdır,
Cümləsi gəldisə, yarım gəlmədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət