Dərc edildi: Baxış sayı: 521
Aşıq Camal - Gedirəm
Seyr elədim İstambulun elini,
Qədəm basıb İsfahana gedirəm.
Yeddi ildir yarın həsrətindəyəm,
Alışıban yana-yana gedirəm.
Mən yarın yolunda çox çəkdim cəfa,
Getməsəm, olaram, şəksiz, bivəfa.
Ollam qabağında Bağdad xəlifə,
Mən dərdliyəm, yar, dərmana gedirəm.
Aşıq Camal yola tikmiş gözünü,
Bəndə poza bilməz xuda yazanı.
İsfahanda Nadir şahın qızını
Puta içib Zərnişana gedirəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət