Dərc edildi: Baxış sayı: 506
Aşıq Camal - Dustağın
Çərxi-fələk, sənə qıllam ziyarət,
Dönübdür çilləyə, yayı dustağın.
Ah çəkib, ah çəkib qan ağlamaqdan
Quruyubdur, çeşmi çayı dustağın.
Ətrafıma nizam qoşun düzülür,
Leysan təki gözdən yaşlar süzülür.
Нər saatda bir cür təbil vurulur,
Deyəsən tutulur toyu dustağın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət