Dərc edildi: Baxış sayı: 514
Aşıq Bəsti - Öldür məni
Dedim: fələk öldür məni,
Nə öldürdü, nə güldürdü.
Ağlatdı, yaylıq vermədi,
Gözüm tikanla sildirdi.
Gül yerinə, tikan verdi,
Gün vermədi, duman verdi.
Bizlərə zimistan verdi,
Gücünü bizə bildirdi.
Tez ayrıldıq dağlardan biz,
Çöldə qaldı, lalə, nərgiz,
Çeşmələri axdı göz-göz,
Bəstini təşnə öldürdü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət