Dərc edildi: Baxış sayı: 450
Aşıq Bəsti - Löydə qalıb
Yolçunu yoldan eyləmə,
Bala, sazım Löydə qalıb.
Qocalmışam, itib huşum,
Cəmi sözüm Löydə qalıb.
Köhnə dərdim təzələmə,
Yara üstə duz ələmə.
Qocalmışam, söz eləmə,
Zər-qotazım Löydə qalıb.
Vədə olub yar olmuşam,
Mən də baxtavar olmuşam.
Ağlamaqdan kor olmuşam,
Bəsti, gözüm Löydə qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət