Dərc edildi: Baxış sayı: 565
Aşıq Bəsti - Kəklik
Qah-qahın alır canımı,
Canım oda yaxan kəklik.
Sən ki, belə sitəmkarsan,
Ya soltansan, ya xan, kəklik.
Qayada-daşda gəzərsən,
Çəməndə gülə bənzərsən.
Gəlin kimi bəzənərsən,
Açılıbdı yaxan, kəklik.
Bəsti deyər: pis günümdə,
Gəl oxuma, nəs günümdə.
Ağçınqılda, yas günümdə,
Ələ xına yaxan kəklik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət