Dərc edildi: Baxış sayı: 480
Aşıq Bəsti - İnanmır
Bir qəmli bülbüləm,
Güllər inanmır.
Məcnunsuz Leyliyəm,
Çöllər inanmır.
Göz yaşım sel olur,
Göllər inanmır.
Bir qərib yolçuyam,
Yollar inanmır.
Deyirəm həsrətəm,
Qollar inanmır.
Sözüm dastan olub,
Tellər inanmır.
Aşıq Bəsti mənəm,
Ellər inanmır.
Sinnim doxsan olub,
İllər inanmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət