Dərc edildi: Baxış sayı: 482
Aşıq Bəsti - Heç
Gah ağladım, gah sızladım,
Şad olmadım, gülmədim heç.
Qara gəldi, ayım, ilim,
Ömür getdi, bilmədim heç.
Ağçmqılda gözüm qaldı,
Sinələrdə sözüm qaldı.
Güllər düzüm-düzüm qaldı,
Yara gül də dərmədim heç.
Ayrılıq mənə dərd oldu,
Zamana çox namərd oldu,
Ev-eşiyim yer-yurd oldu,
Bəsti, Löyü görmədim heç.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət